Mart qırğınları zamanı 2000-ə yaxın şəxsin qətlə yetirildiyi rayon
1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik silahlıları tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktları təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Hacıqabul rayonu ərazisində də kütləvi qətliamlar, talanlar və dağıntılar törədilib.
Tarixçi Məhəmməd İsayev Baku TV-yə bildirib ki, həmin dövrdə Hacıqabul rayonunun müxtəlif kəndlərində, ümumilikdə 2 000-ə yaxın dinc sakin qətlə yetirilib. Faciənin ən ağır fəsadları isə Nəvahi kəndində qeydə alınıb. Bu kənddə min nəfərə yaxın soydaşımız erməni vəhşiliyinin qurbanı olub.
Tarixçinin sözlərinə görə, Nəvahi kəndində itkilərin bu dərəcədə böyük olmasının səbəbi strateji nöqtə olan dəmir yolu stansiyası ilə bağlı olub. Bolşevik və daşnak birləşmələri əhalini aldadaraq guya təhlükəsizlik məqsədilə onların silahlarını yığacaqlarını və heç bir zorakılıq edilməyəcəyini vəd ediblər. Lakin əhali tərk-silah edildikdən sonra xaincəsinə kütləvi qırğınlar törədilib. Nəvahidən sonra eyni ssenari Qubalı kəndində də təkrarlanıb:
"Onilliklər boyu sovet ideologiyası bu qanlı hadisələri xalqın yaddaşından silməyə, tarixi faktları ört-basdır etməyə çalışıb. Lakin müstəqillik illərində aparılan tədqiqatlar nəticəsində həqiqətlər üzə çıxıb. Həmin ərazidə aparılan qazıntılar zamanı kütləvi məzarlıq aşkar edilib. Orada altı türk və altı azərbaycanlı əsgərin nəşi tapılıb".
Oxşar xəbərlər
Maksim Prevo: Belçika Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
Belçika Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Belçika Krallığ...