Macarıstan Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır

Macarıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır.
"Report" xəbər verir ki, bu barədə Macarıstan hökümətinin sözçüsü Zoltan Kovaksun "X" hesabındakı paylaşımında deyilir.
Nazir qeyd edib ki, bu, sabitliyin bərpası və region əhalisinin dinc həyatı üçün böyük addımdır:
"Macarıstan bu inkişafı alqışlayır və ümid edir ki, razılaşmadan sonra tezliklə uzunmüddətli sülh nizamlanması olacaq".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığını bildirib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - bəyanatda bildirilib.
Nazirlik həmçinin vurğulayıb ki, Ermənistanın konstitusiyasına düzəlişlərin edilməsinin zəruriliyi ilə bağlı Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.
Bakı həmçinin normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə İrəvanla ikitərəfli dialoqu davam etdirməyə hazırdır.
Ermənistan XİN də Azərbaycanla sülh sazişinin mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. Bundan əlavə, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
İsrailin sabiq prezidenti: Dini inancından asılı olmayaraq hamı eyni müalicə üsulundan faydalanmalıdır
Xristianlar, müsəlmanlar, yəhudilər və digərləri eyni müalicə üsulundan faydalanmalıdır. "Report" xəbər verir ki, bunu İsrailin sabiq prezidenti Daliya Itzik XI...
