Kreml Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşacağına ümid etdiyini bildirib
"Moskva hazırda yaşadıqları çətin dövrə baxmayaraq, Bakı ilə münasibətləri yaxşılaşdırmağa ümid edir".
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Moskva və Bakı arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin var.
"İki ölkə arasında maraqların üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var, lakin bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir. Ümid edirik ki, bu dövr keçəcək", - Peskov paylaşıb.
O əlavə edib ki, Moskva üçün Azərbaycanda ruslara hörmət edilməsi vacibdir. Rusiyada da böyük Azərbaycan diasporu var.
Peskov vurğulayıb ki, Rusiyada azərbaycanlılara böyük hörmət var və yalnız onu pozan şəxslər qanunla təqib olunur.
Oxşar xəbərlər
Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək
Türkiyə ilə sərhədin açılması Ermənistana Aralıq dənizindəki Türkiyə limanlarından istifadə etməyə imkan verəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bu...