Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir
25
iyn
2025
14:10
Moskva regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ümid edirik ki, bu iş (sülh sazişinin imzalanması) yekunlaşdırılacaq", - o qeyd edib.
D.Peskovun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişi regionda sabitlik və təhlükəsizlik mühiti üçün zəruridir.
"Öz tərəfimizdən bu prosesə töhfə vermək üçün mümkün olan hər şeyi etməyə hazırıq", - o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Hə...