Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
2024-cü ilin hazırlıq planına əsasən, komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, şərti düşmən mövqelərinə qəfil hücum və mövqelərin tutulması üzrə tapşırıqlar yerinə yetirilib:
"Ələ keçiriləcək mövqelərin əraziləri taktiki və vizual olaraq qiymətləndirilib, daha sonra minaatanların atəş dəstəyi ilə qəfil hücum icra edilib. Keçirilən taktiki-xüsusi təlimdə yüksək peşəkarlıq nümayiş etdirən komandolar atəş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər".
Oxşar xəbərlər
Özbəkistan TDT üzv ölkələrinin rəqabət orqanları üçün vahid metodologiyanın hazırlanmasını təklif edib
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət qurumları üçün ortaq metodoloji yanaşmaların işlənib hazırlanması böyük əhəmiyyət kəsb edir. BAKU...