Kaya Kallasa ağır itki üz verdi
Estoniyanın keçmiş baş naziri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallas 77 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə onun qızı, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Kaya Kallas məlumat yayıb.
"Dərin kədər hissi ilə bildirirəm ki, bu gecə əziz atam Siim Kallas vəfat edib", - deyə Kallas feysbuk hesabında paylaşım edib.
Qeyd edək ki, Siim Kallas 2002-2003-cü illərdə Estoniyanın baş naziri vəzifəsini tutub. Daha sonra, 2004-2014-cü illərdə Avropa Komissiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. BAKU.WS icmalı təqdim edir: