Kasım-Jomart Tokayev: Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur
Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
Müraciətdə vurğulanıb ki, Birinci Türkoloji Qurultay bütün Türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi:
"Qurultay qardaş ölkələrin sarsılmaz birliyinin göstəricisinə çevrilib. Həmin qurultayda irəli sürülən ideyalar bu gün də aktuallığını itirməyib".
Qeyd edək ki, müraciətin mətnini Qazaxıstan Prezidentinin müşaviri Malik Atarbayev səsləndirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: "Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"
"Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim biz...