İraq Ərbil şəhərində Azərbaycan konsulluğunun açılmasını təklif edib

İraq iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artması fonunda Ərbil şəhərində Azərbaycanın konsulluğunun açılmasını təklif edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İraqın XİN rəhbəri Fuad Hüseyn Bağdadda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
F.Hüseyn qeyd edib ki, iki ölkə arasında qarşılıqlı səfərlərin sayı daim artır: "Hər il İraqdan Azərbaycana və əksinə gedən nümayəndə heyətlərinin sayı artır. Əvvəllər Bakı Bağdad, Ərbil və Nəcəf ilə birbaşa reyslərlə bağlı idi. Bu baxımdan, bu gün danışıqlarda biz hava əlaqələrinin bərpasını təklif etdik. Həmçinin Azərbaycanın Ərbil şəhərində konsulluğunun açılmasının vacibliyini qeyd etdik".
Oxşar xəbərlər
İlham Əliyev Qazaxıstan Prezidentini Azərbaycana səfərə dəvət edib
Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi Azərbaycana 2026-cı ildə dövlət səfərinə dəvət edib. BAKU.WS "Report"a istinadən xəbər verir k...
