İranda ABŞ-nin hücumu nəticəsində 6 hərbçi öldürülüb
İranın cənubuna ABŞ tərəfindən həyata keçirildiyi bildirilən hücumlar nəticəsində İran Hərbi Dəniz Qüvvələrinin 6 hərbçisi həlak olub.
BAKU.WS "Tasnim" agentliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 1-də ölkənin cənubundakı müxtəlif ərazilərə endirilən zərbələr zamanı baş verib. Həlak olan hərbçilərin adları Hüseyn Məhdiviyan, Hamed Əkati, Əmirhüseyn Səlimzadə, Məhəmmədrza Badəran, Seyid Malik Musəvitəbar və Müctəba Baqeri kimi açıqlanıb.
Məlumata görə, hücumlara cavab olaraq İran silahlı qüvvələri regiondakı ABŞ bazalarına, o cümlədən İordaniya, İraqın şimalı, Bəhreyn, Küveyt və BƏƏ-dəki obyektlərə raket və dron zərbələri endirib.
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. BAKU.WS icmalı təqdim edir: