"İran müharibə sonrası Azərbaycana meydan oxuyan siyasət izləmişdi" - Molla rejimi özünü ifşa etdi
"İrandan Naxçıvan Beynəlxalq Hava Limanına edilən hücum ciddi təhlükəsizlik riskləri yaratmaqla yanaşı, bölgədə qarşıdurma və gərginliyin artmasına səbəb ola bilər".
Bu barədə Baku TV-yə açıqlamasında siyasi şərhçi Telman Nüsrətoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə uzun müddətdir ki, İrana hərbi müdaxiləyə qarşı çıxan iki qardaş ölkə olaraq qonşuluq münasibətlərinin ruhuna uyğun əməkdaşlıq və sülh siyasəti həyata keçirir.
Siyasi şərhçi, həmçinin 44 günlük Vətən müharibəsini xatırladaraq İranın Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək prosesində sərgilədiyi qeyri-konstruktiv mövqeyə də diqqət çəkib: "İran müharibə sonrası sərhədlərimiz boyunca Azərbaycana meydan oxuyan bir siyasət izləmişdi".
Telman Nüsrətoğlu İranın daxili siyasətindəki şovinist və anti-Türkiyə, anti-Azərbaycan qüvvələrinin belə təxribatlara əl atmaq ehtimalını da vurğulayıb: "Bu cür xaotik şəraitdə bu qüvvələr təhlükəli addımlar ata bilərlər. Naxçıvana edilən hücum da belə bir təxribatın bir hissəsi kimi qiymətləndirilməlidir".
O, bu terror hadisəsinin ciddi şəkildə qınanması və İranın daha böyük problemlərlə qarşılaşmaması üçün əlavə bir cəbhə açmaması lazım olduğunu bildirib.
Oxşar xəbərlər
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlibLatviya Prezidenti Edqars Rinkeviçs aprelin 21-də Azərbaycana rəsmi səfərə gəlib. BAKU.WS xəbər verir ki, hər i...