İqtisadiyyat Nazirliyinin əməkdaşları anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edib

İqtisadiyyat Nazirliyinin əməkdaşları anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edib
Foto
Siyasət 75

İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

BAKU.WS bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görtə, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla anılıb.

Ümummilli Lider Heydər Əliyevin mütərəqqi dövlətçilik siyasəti Azərbaycanda əmin-amanlığın, sabit və dayanıqlı inkişafın, rifahın bünövrəsini təşkil edir. Ulu Öndərin müdrik ideyaları əsasında formalaşan iqtisadi inkişaf strategiyası ölkəmizin davamlı yüksəlişini və dayanıqlı artımı təmin edir.

Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur.

Qeyd olunub ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı önünə güllər düzülüb.

Son xəbərlər