İordaniya Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını dəstəkləyir
İordaniya Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
"Report" xəbər verir ki, bu barədə Krallığın xarici siyasət idarəsinin bəyanatında bildirilib.
"İordaniya XİN Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında çoxillik münaqişəyə son qoyacaq sazişin imzalanması istiqamətində əldə edilmiş irəliləyişi alqışlayır. Nazirliyin rəsmi nümayəndəsi Sufian Qudah Krallığın mübahisələrin dinc vasitələrlə həllinə, regional və beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş bütün səylərə dəstəyini vurğulayıb", - bəyanatda bildirilib.
Oxşar xəbərlər
"Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib?
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarınadək yaşadıqları Bəriabad (indiki Barepa...