Husilərin ballistik raket hücumu səbəbindən Tel-Əvivdəki hava limanında uçuşlar dayandırılıb
Yəməndəki husilərin atdığı ballistik raket nəticəsində İsrailin Tel-Əviv şəhərində yerləşən Ben Qurion Beynəlxalq Hava Limanında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
BAKU.WS xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada bildirilib ki, Yəmən ərazisindən atılan raket səbəbilə ölkənin bir neçə şəhərində hava hücumu siqnalları səsləndirilib. Ordunun məlumatına görə, raket İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
İsrail mətbuatı hadisə ilə bağlı yazıb ki, təhlükəsizlik məqsədilə Tel-Əvivdəki Ben Qurion Hava Limanında bütün uçuşlar təxirə salınıb.
Qeyd edək ki, son aylar ərzində Yəməndəki husilər ilə İsrail arasında gərginlik artmaqda davam edir. Husilər daha öncə də İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirmişdi.
Oxşar xəbərlər
Azərbaycan və 3 ölkə "Xəzər - Qara dəniz" nəqliyyat marşrutunun yaradılmasına dair saziş imzalayacaq
Gələn ay Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya arasında "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat marşrutunun yaradılması haqqında saziş imzala...