Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb
Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"İssam bin Saleh əl-Cuteyli Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb", - paylaşımda bildirilib və əlavə olunub ki, söhbət zamanı qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib.
التقى سعادة السفير / عصام بن صالح الجطيلي بمعالي مساعد فخامة الرئيس / حكمت حاجييف مدير قسم الشؤون السياسية في ديوان رئاسة الجمهورية وتم خلال اللقاء بحث المواضيع ذات الاهتمام المشترك. pic.twitter.com/JhGsqGfpju
— السفارة السعودية في أذربيجان (@KSAembassyAZ) April 30, 2026
Oxşar xəbərlər
Azərbaycan XİN İordaniyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar İordaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, bu barədə...