Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla ikitərəfli münasibətləri müzakirə edib.
BAKU.WS xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.
PA rəsmisi qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə Prezidentin diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla məhsuldar görüş keçirib:
"Biz ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi apardıq".
Oxşar xəbərlər
İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik"
"Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahl...