Həbs edilən polkovnik-leytenanta qarşı - Əlavə ittihamlar
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Əlişir Süleymanovun cinayət işi ilə bağlı əlavə epizodlar ortaya çıxıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin istintaqın yekununda onun təqsirləndiriləcəyi bütün ittihamlar dəqiqləşib.
Ə.Süleymanova qarşı daha əvvəlki təkrar və külli miqdarda rüşvət alma ittihamlarına əlavə olaraq, külli miqdarda mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri üzrə yeni ittihamlar irəli sürülüb.
Təqsiri məhkəmi istintaqı ilə sübuta yetirilərsə, Ə.Süleymanov 12 ilə kimi həbsə məhkum edilə bilər.
Qeyd edək ki, Azərbaycan ordusunun ehtiyatda olan polkovnik-leytenantı Ə.Süleymanov 6 ay əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizi Baş İdarəsi tərəfindən həbs edilib.
Oxşar xəbərlər
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində baş tutan "İstanbul İqlim Maliyyəsi Sammiti"ndə iqlim ambisiyası ilə icra vasitələri arasındakı böyüyə...