"Haber Global" Ruben Vardanyanın son məhkəməsindən videosüjet hazırladı

Haber Global Ruben Vardanyanın son məhkəməsindən videosüjet hazırladı
Video
Siyasət 34

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı elan olunub.

BAKU.WS xəbər verir ki, "Haber Global" "YouTube" kanalı bununla bağlı videosüjet hazırlayıb.

"Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejiminin keçmiş liderlərindən Ruben Vardanyan 20 illik həbs cəzasına məhkum edildi. Azərbaycanın 2023-cü ildəki antiterror əməliyyatından sonra qaçmağa cəhd etdiyi zaman saxlanılan Vardanyan terrorun maliyyələşdirilməsi, qanundankənar silahlı qruplaşmaların yaradılması fəaliyyətlərində iştirak, müharibə cinayətlərinin törədilməsi kimi ittihamlar üzrə mühakimə olunurdu.

Daha əvvəl Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan Vardanyan 2022-ci ilin sentyabr ayında Rusiya vətəndaşlığından çıxaraq Qarabağa gedib və qondarma erməni rejiminin dövlət naziri kimi çalışıb. Çirkli pulların yuyulması, qeyri-qanuni silah və narkotik ticarəti kimi cinayət keçmişi olan Vardanyan sosial şəbəkələrdəki hesablarında Azərbaycan əleyhinə təxribat xarakterli açıqlamalar verirdi", - deyə materialda bildirilir.

Daha ətraflı videosüjetdə:

Son xəbərlər