Gömrükçülər kişinin üstündən 104 ilan çıxardılar - VİDEO

Çin gömrükçüləri paltarının altında torbalarda gizlədilmiş yüzdən çox nadir ilanı qaçaqmalçılıq yolu ilə ölkəyə keçirmək istəyən şəxsi saxlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Həmin şəxs Honq-Konqdan Şençjenə gedərkən təhlükəsizlik yoxlaması zamanı saxlanılıb.
“Gömrükçülər müəyyən ediblər ki, sərnişinin şalvarının ciblərinə 6 ədəd kətan ipli çanta doldurulub və lentlə bağlanıb. Çantalarda hər cür formada, ölçüdə və rəngdə diri ilanlar aşkar edilib”, - deyə gömrük xidmətinin məlumatında bildirilir.
Çoxu yerli olmayan ilan növləri də daxil olmaqla ümumilikdə 104 sürünən ələ keçirilib. Kişinin niyə Çinə ilan gətirməyə çalışdığı açıqlanmır. Bununla da o, bioloji təhlükəsizlik və baytarlıq nəzarəti haqqında qanunları pozub və məsuliyyətə cəlb olunacaq.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
