Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycanda "Səlahiyyətli İqtisadi Operator" institutunun təkmilləşdirilməsi nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, beynəlxalq təcrübədə ölkələrin iqtisadi siyasətində əhəmiyyətli mövqe qazanmış və etibarlı tərəfdaş rolunu oynayan "Səlahiyyətli İqtisadi Operator" institutunun təkmilləşdirilməsi, bu statusun verilməsinin "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq həyata keçirilməsi planlaşdırılır.
Bundan başqa, şəxslərin ilkin yoxlanılması zamanı, onlara məxsus baqajın da yoxlanılmasının tənzimlənməsi də qanun layihəsində öz əksini tapıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Ə...