Ermənistan Rusiyaya NOTA verdi
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfirə etiraz notası təqdim edilib.
Məlumata görə, Ermənistan tərəfinin narazılığı Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən "Vesti nedeli" ("Həftənin xəbərləri") verilişində səsləndirilən bəyanatlarla bağlıdır.
"Verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılan narrativlər səsləndirilib. Yanvarın 15-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P.Kopırkin XİN-ə çağırılıb. Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, yanvarın 12-də Dmitri Kiselyovun proqramında Ermənistan-Azərbaycan münasibətləri, regional kommunikasiyaların açılması və Ermənistan hökumətinin Avropa İttifaqına üzvlük prosesini dəstəkləmək qərarı mövzusunda reportaj yayımlanıb.
Oxşar xəbərlər
Azovda hücuma məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb
Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəyə yola salınıb. BAKU.WS xəbər verir ki, b...