Naxçıvanda sərhəddə Ermənistan tərəfindən törədilən yanğın söndürüldü

Naxçıvanın Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistanilə sərhəddə açıq ərazidə Ermənistan tərəfindən törədilib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Qalereya
***11:10
Ermənistan tərəfinin törətdiyi növbəti yanğın hadisəsi ərazidəki texniki-müşahidə vasitələri tərəfindən qeydə alınıb.
BAKU.WS Globalinfo.az-a istinadən xəbər verir ki, izlədiyiniz videoda Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi ilə üzbəüz ərazilərdə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən yanğın hadisəsi əks olunub.
Ekologiyanın mühafizəsi və yanğının geniş ərazini əhatə etməməsi məqsədilə əraziyə cəlb edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib.
Oxşar xəbərlər
Hərbi vəzifəlilərin təlim toplanışı başlayıb
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2025-ci ilin hazırlıq planına əs...
