Ermənistan KTMT-ni prosesə necə cəlb etmək istəyib?

"Əslində, Paşinyan plan cızmışdı. O, Azərbaycan Ordusunun 2016-cı ildə azad etdiyi Lələtəpəni ələ keçirmək istəyirdi. Bu fakt Azərbaycanda ən ali səviyyədə təsdiq edilmiş həqiqətdir. Baş nazir Nikol Paşinyan göstərməyə çalışırdı ki, "Sarqsyan hakimiyyətinin itirdiyi torpaqları" geri qaytaracaq".
Bu fikirlər Baku TV-nin Tovuz döyüşləri ilə bağlı pərdəarxası məqamlardan bəhs edən reportajında yer alıb.
Bildirilib ki, Ermənistanın əsas hədəfi iyul ayında Tovuz istiqamətindəki əraziləri işğal etmək idi. Lakin "cəsur" komandan bəzi məqamları diqqətə almamışdı.
Millət vəkili Elman Nəsirov qeyd edib ki, Ermənistan dünyanın 50 ən güclü ordusu sırasındakı Azərbaycan Ordusu ilə üz-üzə olduğunu unudurdu:
"Azərbaycan Ordusunun güclü nizam-intizamı, vətənpərvərlik ruhu var idi və qalib gəlmək eşqi ilə yaşayırdı. Ordunun ali məqsədi var idi: torpaqları işğaldan azad etmək".
Həmin ərəfədə Ermənistan bizi ittiham edirdi ki, Azərbaycanın iki hərbçisi guya UAZ avtomobili ilə onların mövqelərinə hücum edib. Belə təhrikedici məqamların arxasında isə KTMT-yə hərbi yardımla bağlı müraciət hədəfi dayanırdı. Yəni Rusiyanı hər hansısa formada prosesə cəlb etmək istəyirdilər. Lakin rəsmi İrəvanın burada da unutduğu bir məqam ortaya çıxdı. Belə ki, Azərbaycan heç vaxt Ermənistana ərazi iddiasında olmayıb.
Dövlət başçımızın dediyi kimi: "Biz hələ ağlımızı itirməmişik!". Şübhəsiz ki, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən təxribatlar Tovuz istiqamətində məqsədli şəkildə edilirdi.
Ətraflı süjetdə: