Erməni atəşi altındakı kənd: Heç bir təxribat Qaraağac sakinlərini çəkindirmir
Onlar hər səhərlərini əzəmətli Ağrı dağının mənzərəsi ilə açırlar. Amma həyatları bu mənzərə qədər hüzurlu deyil. Naxçıvanın Qaraağac kəndi çox vaxt erməni silahlarından açılan səsə də oyanır. Qaraağac Ermənistanla şərti sərhəddə yerləşir.
Son zamanlar bu kənd də tez-tez erməni atəşinə məruz qalır. Ermənistan rəsmiləri sərhəddə atəşkəsi pozduqlarını inkar etsələr də, Qaraağaclılar bu təxribatların ən yaxın şahidləridir.
İctimai TV Naxçıvanın erməni atəşi altında yaşayan bu kəndində olub.
Bu kəndlə erməni postları arasında məsafə o qədər də çox deyil. Amma heç bir təxribat Qaraağac sakinlərini çəkindirmir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Emin Hüseynov: "Ağdam, Əsgəran və Xocalıda 24 min hektar əkinəyararlı torpaq sahibkarları gözləyir"
Ağdam, Əsgəran və Xocalı rayonlarında 24 min hektardan çox əkinəyararlı torpaq sahibkarları gözləyir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezidenti...