Emin Hüseynov: "Şəhərsalma siyasətinin əsas prinsiplərindən biri insanlar üçün müasir iş yerlərinin yaradılmasıdır"

Emin Hüseynov: Şəhərsalma siyasətinin əsas prinsiplərindən biri insanlar üçün müasir iş yerlərinin yaradılmasıdır
Siyasət 25

"Müasir şəhərsalma konsepsiyasında əsas məqsədlərdən biri avtomobil nəqliyyatından istifadənin minimuma endirilməsidir. Bununla yanaşı, milli, mədəni və tarixi irsin qorunması xüsusi əhəmiyyət daşıyır".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində keçirilən "Mənzil təminatı böhrandan çıxış və yenidənqurma prosesinin mərkəzində" adlı sessiyada çıxışı zananı bildirib.

Emin Hüseynov vurğulayıb ki, şəhərsalma siyasətinin əsas prinsiplərindən biri də insanlar üçün müasir iş yerlərinin və ləyaqətli həyat şəraitinin yaradılmasıdır:

"Həyata keçirilən layihələr yalnız yaşayış evlərinin tikintisini nəzərdə tutmur. Əsas məqsəd insanların işləyə, yaşaya və rahat sosial mühitdə fəaliyyət göstərə bilməsi üçün bütün zəruri şəraitin formalaşdırılmasıdır. Bu prinsiplərin bir layihədə tam şəkildə əks olunması həmin yaşayış məntəqəsinin "ağıllı şəhər" konsepsiyasına uyğun qurulduğunu göstərir".

Son xəbərlər