Əli Əsədovla Cevdet Yılmaz bölgədəki vəziyyəti müzakirə etdi
Martın 6-da Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.
BAKU.WS xəbər verir ki, telefon danışığı əsnasında İran İslam Respublikası tərəfindən martın 5-də Azərbaycana qarşı dron hücumları ilə bağlı kəskin etiraz bildirilib, bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb.
Ə.Əsədov bildirib ki, ölkəmizə qarşı dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb, bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.
Hadisədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək dərhal Azərbaycan xalqına dəstəyini ifadə etməsinin iki ölkə arasında mövcud olan sarsılmaz qardaşlıq və həmrəyliyin bariz təzahürü olduğu vurğulanıb.
Ə.Əsədov yaranmış vəziyyətlə bağlı Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərin təhlükəsizliyini təmin etmək məqsədilə uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunması ilə bağlı göstərilən operativ dəstəyə görə qardaş Türkiyə tərəfinə təşəkkür edib.
Telefon danışığı zamanı həmçinin mövcud vəziyyətdən irəli gələrək gündəlikdə duran aktual məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Hakan Fidan Ankaranın Türkiyə və Azərbaycana hərbi hücumlarla bağlı ciddi narahatlığını ifadə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə telefon danışığı zamanı Türkiyə və Azərbaycan ərazilərinə hərbi hücumlarla b...