Əli Əsədov: Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunur
Prezidentin ardıcıl və praqmatik xarici siyasət kursu, uzaqgörən strateji baxışı və milli maraqlara əsaslanan prinsipial mövqeyi nəticəsində Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
"Məlum olduğu kimi, ötən həftə İrandan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı hadisə baş verib. Baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev ölkəsinin təhlükəsizliyini qoruyan və hər zaman öz xalqının arxasında duran güclü liderdir.
Onu da əlavə edim ki, son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir", - Baş nazir əlavə edib.
Oxşar xəbərlər
Estoniya və Somali Azərbaycanda səfirlik açır
Estoniya və Somali Azərbaycanda səfirlik açır. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azər...