Elçin Mirzəbəyli YAP-a üzv olub?
İki bitərəf deputatın Yeni Azərbaycan Partiyasına (YAP) keçəcəyi gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Modern.az" saytı məlumat yayıb.
Qeyd olunub ki, deputat Elçin Mirzəbəylinin Ədalət, Hüquq, Demokratiya Partiyasından çıxarılması, Ramil Həsənin mandatının ləğv edilməsi və Günay Ağamalının sədrlik uğrunda mübarizə apardığı Ana Vətən Partiyası ətrafında baş verən hadisələr siyasi proseslərə yeni dinamika gətirib. Hazırda bu məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, iddia edilir ki, danışıqlar artıq yekun mərhələyə qədəm qoyub.
Hazırda Milli Məclisdə 45 bitərəf deputat fəaliyyət göstərir və onlar müxtəlif qanun layihələrinə münasibətdə fərqli mövqe nümayiş etdirdiklərindən balanslaşdırıcı qrup kimi qəbul olunurlar.
Məsələ ilə bağlı millət vəkili Elçin Mirzəbəyli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Ola bilsin, kimlərsə mövzu boşluğu yaşayırlar, gündəm yaratmaq istəyirlər. Mənimlə hər hansı formada hansısa siyasi təşkilat arasında bu barədə müzakirə aparılmayıb. Bu barədə yazılanların da heç bir əsası yoxdur. Mən fəaliyyətimi bitərəf deputat kimi davam etdirirəm".
Qeyd edək ki, Elçin Mirzəbəyli 23 il üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) ötən ay xaric edilib. Hazırda ƏHD Partiyasının sədri deputat Qüdrət Həsənquliyevdir.
Oxşar xəbərlər
Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY
"Əgər Gümrüdəki hərbi baza Ermənistana lazım deyilsə, biz günü sabah gələ bilərik. Amma Ermənistan buna hazırdırmı?". BAKU.WS Baku TV-yə istinadən bildirir ki,...