Əfv sərəncamı neçə məhbusa şamil oluna bilər? - AÇIQLAMA
"Bu günə kimi Əfv Komissiyasının 6 iclası keçirilib və 700-ə qədər müraciətə baxılıb. Geniş müzakirələr şəraitində komissiya öz işini davam etdirir. Qarşıda növbəti iclasımız gözlənilir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, iclaslar başa çatandan sonra Əfv Komissiyasında qəbul edilmiş bütün rəylər cənab Prezidentə təqdim olunacaq:
"Cəmiyyətin əfv gözləntiləri getdikcə daha da böyüyür. Amma əfvlə bağlı sərəncamın nə vaxt imzalanacağı və kimlərin ora daxil olacağı cənab prezidentin konstitusion səlahiyyətləri çərçivəsində öz həllini tapacaq. Komissiyanın heç bir üzvü əvvəlcədən siyahıda kimlərin adının olub-olmayacağını bilmir. Komissiya sadəcə öz rəyini təqdim edir və son qərarın verilməsi isə dövlət başçısının səlahiyyətlərinə aiddir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir
Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. BAKU.WS xəbər...