Din adı ilə gerçəkləri ört-basdır edənlər: "İranın tərəfini tutanlar nə yeyib-içirlər?!"
"Bəzi insanlar "şiə qardaşlarımız" deyərək İranın tərəfini tuturlar.
Amma başa düşmürlər ki, bu, öz dövlətinin maraqlarını və reallıqlarını onlara qurban verməlisən demək deyil. Bunu nə Allah, nə də onun dini deyir. Hər bir insan öz millətini üstün tutmalı, birinci öz evini qorumalıdır".
Bu fikirləri Baku TV-nin "Aktual Gündəm" verilişində jurnalist Turan İbrahimov səsləndirib.
O, İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumlarını və sosial şəbəkələrdə yayılan manipulyasiyaları sərt şəkildə tənqid edib.
Onun sözlərinə görə, İran öz məqsədlərinə çatmaq üçün sosial media üzərindən troll ordusu yaradır və yanlış məlumatları geniş auditoriyaya yayır.
"Etdikləri təxribatlarla Azərbaycan dövlətinin ortaya qoyduğu mövqeyi ikinci plana salmaq və şübhə toxumları səpməyə çalışırlar. Hətta siyasət əleyhdarları belə İranın tərəfini tutanların indiki halda nə yeyib-içdiklərini, nə ilə nəfəs aldıqlarını anlayarlar", - deyə o əlavə edib.
Oxşar xəbərlər
İranın səfiri "Baku TV"nin bəzi suallarından yayınıb
İran hücuma məruz qalandan sonra ABŞ və İsrailin bölgədəki hərbi bazalarını hədəf alıb və bu hücumları elan edərək həyata keçirib. BAKU.WS "Report"a istinadən x...