Çingiz Qənizadəyə vəzifə verildi
28
apr
2025
16:46
Ədliyyə Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə ilk iclası baş tutub.
Bu barədə BAKU.WS-ə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda İctimai şuranın fəaliyyət istiqamətləri müzakirə edilib, şuraya sədrin, sədr müavinin və katibin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Çingiz Qənizadə İctimai şuranın sədri, Əmir Əliyev sədin müavini, Mətanət Əsgərova isə şuranın katibi seçilib.
İclas çərçivəsində İctimai şuranın iş planının müzakirəsi aparılıb, şura üzvləri tərəfindən təşkilati məsələlərlə bağlı rəy və təkliflər səsləndirilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto ilə...