Çingiz Qənizadə: "Bizə nə Rusiya, nə də onun siyasəti lazımdır"
"Sovet Sosialist Respublikası Azərbaycan Xalq Cümhuriyyətini hakimiyyətdən devirən və o dövrdə formalaşmaqda olan dövlətimizin müstəqilliyini təmin edən şəxslərin hamısını təqib edən, məhv edən bir rejim idi".
Bu fikirləri Baku TV-nin "Aktual Gündəm" verilişində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə səsləndirib.
"O rejimin rəhbərliyində təmsil olunanların əksəriyyəti, söz sahibi olanların isə demək olar ki, hamısı ermənilər idilər və onlar birbaşa Moskvadan təyin olunmuşdular. Ermənilərin əli ilə Azərbaycanda saysız-hesabsız faciələr törədilirdi. Məhz həmin rejim bizim Hüseyn Cavidimizi, Mikayıl Müşfiqimizi və minlərlə digər ziyalımızı məhv etdi.
Bu gün Azərbaycanın qarşısında yalnız bir yol var - müstəqil yol. Bu yol Türk Dövlətləri Təşkilatı içərisindən keçir. Bizə nə Rusiya, nə də onun siyasəti lazımdır", - deyə o bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Daxmada yaşayan ata və beş azyaşlı övladına müavinət təyin edildi
Bir neçə gün əvvəl Gəncə şəhəri Azərbaycan bayrağı küçəsində yaşayan Urfan Qasımov Baku TV-yə müraciət edib. Vətəndaş müraciətində bildirib ki, anası tərəfindən...