Ceyhun Bayramov Hakan Fidanla İranın Naxçıvana hücumunu müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı İran tərəfindən dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycana edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib. Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.
Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı telefon danışığında qeyd olunub.
Telefon danışığı zamanı nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
***17:06
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
BAKU.WS "Hürriyet"ə istinadən xəbər verir ki, nazirlər İranın Azərbaycana dron hücumlarını müzakirə edib.
Qeyd edək ki, bu gün səhər saatlarında İran Naxçıvan Muxtar Respublikasında Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla bir sıra mülki obyektlərə PUA hücumu həyata keçirib. Bu hadisə molla rejiminin nankorluğu, riyakarlığının göstəricisidir. Azərbaycan daim qonşuluq prinsipinə sadiq qalıb, Azərbaycan ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur.
Oxşar xəbərlər
Hikmət Babaoğlu: Dünən Türkiyənin bu gün isə Azərbaycanın hədəfə alınması təsadüf deyil - Baku TV və Haber Global-ın BİRGƏ YAYIMI
Dünən Türkiyənin bu gün isə Azərbaycanın hədəfə alınması təsadüf deyil. BAKU.WS xəbər verir ki, bunu Baku TV və Haber Global-ın canlı yayımında deputat Hikmət...