Ceyhun Bayramov Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, nazir abidənin önünə əklil qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad edib.
Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər də iştirak ediblər.
Qeyd edək ki, Ceyhun Bayramovun Gürcüstana səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub, o cümlədən, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşü keçirilib. Görüşdə regional təhlükəsizlik, əməkdaşlıq perspektivləri və Ermənistanla sülh gündəliyi müzakirə olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verilib
Prezident İlham Əliyev "Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar öl...