Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası çərçivəsində baş tutub.
Tərəflər Pakistan və Azərbaycan arasında mövcud olan güclü dostluq və qardaşlıq münasibətlərini bir daha təsdiqləyib, ikitərəfli tərəfdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını bildiriblər.
Görüşdə, həmçinin regional və beynəlxalq proseslər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Deputy Prime Minister/Foreign Minister Senator Mohammad Ishaq Dar @MIshaqDar50 met with Foreign Minister of the Republic of Azerbaijan Jeyhun Bayramov @Bayramov_Jeyhun on the sidelines of the SCO Council of Heads of State meeting in Bishkek today.
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) September 1, 2026
The two sides reaffirmed the… pic.twitter.com/mVasGIcu5v
Oxşar xəbərlər
İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. BAKU.WS xəbər verir ki, bu fikri Prezident İlham...