Ceyhun Bayramov çinli həmkarı ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pekində çinli həmkarı Van İ tərəfindən səmimi şəkildə qarşılanıb. Daha sonra nazirlər arasında geniştərkibli görüş keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirərək, yüksəksəviyyəli siyasi dialoqun və Xarici İşlər nazirlikləri arasında müntəzəm təmasların vacibliyini vurğulayıblar.
Müzakirələr zamanı iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi, investisiya imkanları, əlaqələndirmə və nəqliyyat dəhlizləri, enerji sahəsində əməkdaşlıq, eləcə də innovasiya və rəqəmsal inkişaf üzrə əməkdaşlıq məsələləri əhatə olunub.
Tərəflər, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Hər iki nazir bu səfərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə və müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edib.
Qalereya
Oxşar xəbərlər
Mikayıl Cabbarov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüşüb. BAKU.WS xəbər verir ki,...