Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqandanın sədrliyi ilə "Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi: Fələstin xalqı ilə həmrəylik" mövzusunda təşkil olunmuş Qoşulmama Hərəkatının Nazirlər iclasında iştirak edib.
BAKU.WS xəbər verir ki, bu barədə XİN rəsmi "X" hesabında paylaşım edilib. İclasda Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin həqiqi müdafiəçisi kimi rolu vurğulanıb.
"Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, habelə Hərəkatın səmərəliliyinin artırılması istiqamətində davamlı səyləri və təşəbbüsləri ilə yanaşı, Qoşulmama Hərəkatı Troykasının fəal üzvü kimi Hərəkatın rolunun və əhəmiyyətinin daha da artırılmasına sadiq qalır.
Azərbaycan hesab edir ki, Fələstin məsələsinin bütün aspektlərdə ədalətli və davamlı həlli BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilənə qədər Hərəkatın gündəliyində prioritet olaraq qalmalıdır", - deyə paylaşımda qeyd edilib.
On the sidelines of high-level week of #UNGA79, @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of #Azerbaijan 🇦🇿 attended and delivered remarks at NAM Ministerial Meeting organized by @NAM_Uganda under the theme of “Protecting the civilians during armed conflicts: Solidarity with… pic.twitter.com/Shd0P0rp7Y
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 23, 2024
Oxşar xəbərlər
Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
"Politico"nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir" dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil. Bu bar...