Ceyhun Bayramov: ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdik

Ceyhun Bayramov: ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdik
Siyasət 2

Bu gün biz Azərbaycan-İsveçrə münasibətlərini, İsveçrənin ATƏT sədrliyi məsələsini, eyni zamanda Azərbaycan-ATƏT münasibətlərini, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdik.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə deyib.

Nazirin sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlərin inkişafına xüsusi toxunulub.

"İki ölkə arasındakı siyasi məsləhətləşmələrin davamlı şəkildə aparılmasının vacibliyini vurğuladıq", - nazir qeyd edib.

Son xəbərlər