Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə müzakirə etdiyi məsələləri açıqlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə sülh və sabitliyə təhdidləri, ayrı-seçkilik kimi məsələləri müzakirə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, Baş katiblə bir neçə istiqamət üzrə faydalı müzakirələr aparılıb:
"Görüşdə Azərbaycanla ATƏT arasındakı mövcud vəziyyət və əməkdaşlıq istiqamətləri, regional çağırışlar, postmünaqişə normallaşmasına aid mövzular, Azərbaycanda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlar təqdim olundu. ATƏT zonasında sülh və sabitliyə olan təhdidlər, ayrı-seçkilik kimi bir sıra məsələlər müzakirə predmeti olub".
XİN başçısı qeyd edib ki, həmçinin qərarların qəbul olunmasında konsensusa əsaslanan ATƏT kimi bir təşkilatın yeniliklərə uyğunlaşdırılması müzakirə mövzusu olub.
"Azərbaycan aqressiya, işğal, ərazi bütövlüyünün pozulması kimi məsələlərlə üzləşmişdi. Ona görə də biz həmin istiqamətlərdə daha çevik addımlarım ATƏT-ə üzv ölkələr tərəfindən atılmasını təşviq edirik", - o əlavə edib.
Oxşar xəbərlər
Milli Məclis: Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb. BAKU.WS xəbə...
