Ceyhun Bayramov 20 Yanvar şəhidlərini anıb
20
yan
2026
09:35
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 20 Yanvar faciəsinin qurbanlarını yad edib.
BAKU.WS xəbər verir ki, nazir faciənin 36-cı ildönümü ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
"20 Yanvar - Ümumxalq Hüzn Günü xalqımızın azadlıq iradəsinin, milli ləyaqətinin və dövlətçilik əzminin parlaq təzahürüdür. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaq", - nazir qeyd edib.
Oxşar xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Baş Prokurorluqda yeni təyinatlar olub. BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Baş prokuror Kamran Əliyevin müvafiq...