Bu gün vəkillərin peşə bayramıdır
Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i "Vəkil günü" peşə bayramı kimi qeyd edilir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır. Kollegiya Azərbaycan SSR-in 1980-ci il 13 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə" ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir. 2004-cü il noyabrın 3-4-də Bakı şəhərində təsis yığıncağı keçirilərək Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılıb.
Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.
Oxşar xəbərlər
Azərbaycanda "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar" təsdiqlənib
Prezident İlham Əliyev "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ı təsdiq edib. BAKU.WS xəbər verir ki, bununla bağlı dövlət başçısı ye...