BTQ Yeni Kaledoniyadakı iğtişaşlar, repressiyalar və buna beynəxalq reaksiyanı araşdırıb

Bakı Təşəbbüs Qrupu (BTQ) əməkdaşlıq etdiyi xarici tədqiqatçılarla birlikdə "Yeni Kaledoniya: Kalonial Miras, Öz müqəddəratını təyin etmək uğrunda mübarizə və 2024-cü ilin böhranı" adlı tədqiqat işi hazırlayıb.
BAKU.WS xəbər verir ki, BTQ-dən verilən məlumata görə, araşdırmada Yeni Kaledoniyada 2024-cü ilin may iğtişaşları, onları doğuran səbəblər, proseslərin gedişi, eləcə də kanak xalqına qarşı repressiyalar və bu xüsusda beynəlxalq təpki və mübarizənin nəticələri əks olunub.
Qeyd edilib ki, tədqiqat işi bu ilin mart-iyun aylarında yazılan tədqiqat hadisələrin xronologiyasını, zorakılıq və dağıntıların miqyasını, Fransa hüquq-mühafizə orqanlarının törətdiyi vəhşilikləri, eləcə də region və regionda maraqları olan ölkələrinin, eyni zamanda BMT-nin reaksiyasını əhatə edir.
Tədqiqat kanak xalqının etirazlarının kökündə kolonial idarəetmənin durduğunu göstərir, əsarət altında yaşayan xalqların fundamental hüquqları ilə bağlı ciddi çatışmamazlıqları təhlil edir:
"Bu araşdırmadan həm yerli spesifikliyi, həm də daha geniş siyasi konteksti əks etdirən bir neçə əsas nəticə çıxır. Belə ki, Yeni Kaledoniyadakı 2024-cü il böhranı göstərdi ki, Fransanın ərazi üzərində nəzarəti güc və inzibati üsullarla - yerli xalqın öz müqəddəratını təyinetmə hüququna hörmət etmədən qorumaq cəhdləri münaqişəni daha da ağırlaşdırır. Həmçinin, metropoliyanın repressiya, fövqəladə vəziyyət və həbslər şəklində cavabı dialoqa hazır olmadığını və müstəmləkə reflekslərinin hələ də güclü olduğunu göstərdi. Araşdırma Kaledoniyanın statusu məsələsin Fransanın daxili işi olmadığını beynəlxalq hüquq baxımından təhlil edir və ədalətə əsaslanan nizamlanma olmadan davamlı sülhün mümkün olmayacağı qənaətinə gəlir".
Qeyd edilib ki, iyulun 12-də Fransa və Yeni Kaledoniya arasında imzalanan saziş adıçəkilən araşdırmanın nəticələrinin dəqiq proqnozlaşdırıldığını sübut edir: Adanın statusuna dair qərarı kanak xalqı verməli və mərhələli şəkildə Yeni Kaledoniya tam müstəqil olmalıdır.
Oxşar xəbərlər
İlham Əliyev ukraynalılara məsləhət verdi: Heç vaxt işğalla barışmayın
Məsləhətim Ukrayna vətəndaşlarına - heç vaxt işğalla barışmayın. BAKU.WS xəbər verir ki, "Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III...