Bölgələrdə elektromobillər üçün şarj məntəqələri niyə yaradılmır?
Son dövrlərdə elektromobillərə maraq artıb. Bakı ilə bərabər regionlarda da belə avtomobillər almaq istəyənlər kifayət qədərdir.
Bölgələrdə şarj yerlərinin olmaması sürücüləri çətin vəziyyətdə qoyur.
Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində bu cür elektrikdoldurma məntəqələri cəmi bir ünvandadır. Sürücülər deyirlər ki, bu da onların elektromobil almaq həvəslərini azaldır.
Paytaxdan sonra digər iri şəhərlərdə bir ünvanda elektrikdoldurma məntəqələri olsa da, digər rayonlarda ümumiyyətlə yoxdur.
Avtomobil satışı üzrə mütəxəssis Eldəniz Cəfərov bölgələrdə yaşayanların elektromobillərə marağını artırmaq üçün təkilif edir ki, yanacaqdoldurma məntəqələrinin sahibləri qarşısında öhdəlik qoyulsun.
Ekspert deyir ki, respublika əhəmiyyətli magistral yolların kənarındakı yanacaqdoldurma məntəqələrində və hətta yeni yaradılan ""Dayan Dincəl"" məntəqələrində də şarj cihazları qoyulmalıdır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycana girişi qadağan olunan türklərdən biri də məşhur futbol şərhçisi Ahmet Çakardır
Türkiyəli məşhur idman şərhçisi və keçmiş futbol hakimi Ahmet Çakar Azərbaycanda arzuolunmaz şəxs elan edilib və onun ölkə ərazisinə girişinə qadağa qoyulub. BA...