Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-nun Parisdəki qərargahında qeyd olunacaq
UNESCO-nun Parisdəki mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda keçirilən Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plenar iclasda çıxışı zamanı deyib.
"Bu ilin sonunda Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə, Azərbaycanın Mədəniyyət Nazirliyinin, Türk dövlətlərinin UNESCO yanında Daimi Nümayəndəliklərinin və Türk əməkdaşlıq təşkilatlarının iştirakı ilə UNESCO-nun Parisdəki mənzil-qərargahında Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır", - o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: "Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"
"Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim biz...