Bir qrup alim "Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)" xatirə nişanı ilə təltif edilib
Türk ölkələrindən olan bir qrup mədəni-ictimai xadim "Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)" xatirə nişanı ilə təltif edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, təltifermə mərasimi Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində baş tutub.
Mükafatçılar sırasında akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tuymebayev, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun prezidenti, professor Dərya Örs, Türk Dil Qurumunun prezidenti Osman Mert, Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun elmi katibi Kakajan və başqaları olub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: "Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"
"Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim biz...