Beynəlxalq axtarışa verilmiş daha 1 şəxs Ukraynadan ölkəmizə ekstradisiya olunub

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Namik Tahir oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Məmmədov Namik Tahir oğlunun qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda əmlakı əldə etmə, ona sahiblik etmə və ya ondan istifadə etmə, rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirmə cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Namik Məmmədov Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Oxşar xəbərlər
"Ekspo 2025"də Azərbaycan Milli Günü təşkil olunub
Yaponiyanın Osaka şəhərində "Ekspo 2025" dünya sərgisi çərçivəsində Azərbaycan Milli Günü keçirilib. BAKU.WS xəbər verir ki, tədbirdə Yaponiyanın "Ekspo 2025" ü...
