Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
25
sen
2024
08:41
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Pavel Muraveyko "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 25-də Bakıya gəlib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirə olunması məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub. BAKU.WS paylaşımı təqdim edir: