Bakıda rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) yekunlarına əsasən, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) üzv dövlətləri planetin bütün sakinləri üçün rabitə əlçatanlığının təmin edilməsi üzrə qlobal yol xəritəsinin qəbul edilməsi barədə razılığa gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, WTDC-25-də təsdiqlənən Bakı Fəaliyyət Planı, telekommunikasiya və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan insanyönümlü rəqəmsal inkişafın əsasını formalaşdırır.
Sənəddə inkişaf etməkdə olan ölkələrin, kifayət qədər bağlantısı olmayan regionların və həssas əhali qruplarının ehtiyaclarına xüsusi diqqət yönəldilib.
WTDC-25-in əsas yekun sənədinə ITU-nun rəqəmsal inkişaf sahəsində gələcək işini müəyyən edən yenilənmiş və yeni qətnamələr, həmçinin ITU-nun Telekommunikasiya İnkişafı Sektoru (ITU-D) üçün tövsiyələr daxildir. Bundan əlavə, plan ITU-D regionlarında rəqəmsal inkişafın əsas problemlərini həll etməyə yönəlmiş yeni təşəbbüslərin başlanılmasını nəzərdə tutur və ekspert tədqiqat qruplarınun nəzərdən keçirəcəyi yenilənmiş mövzuları müəyyən edir.
Oxşar xəbərlər
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
Dünya aviasiyasının ekoloji baxımdan təmiz aviasiya yanacağına (SAF) keçidi gözləniləndən xeyli yavaş gedir və 2030-cu ilə qədər istehsal güclərinin artırılması...