Azərbaycanla Ermənistan ATƏT-ə Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair müraciət edib
Azərbaycan və Ermənistan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik edib.
BAKU.WS xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə Bəyannamədə yer alıb.
"Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq", - tərəflər bəyannamədə çağırış ediblər.
Oxşar xəbərlər
Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNAT
Sosial Xidmətlər Agentliyində yeni təyinat baş tutub. BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, Fariz Murtuzov Agentliyin Sosial Ehtiyacların Qiymətləndirilmə...