Azərbaycana məxsus "SU-25" qırıcıları "Anadolu Qartalı - 2025"də uçuşlar ediblər
Azərbaycanın hərbi pilotları "Anadolu Qartalı - 2025" beynəlxalq təlimində növbəti uçuşlarını həyata keçirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycana məxsus "SU 25" qırıcıları 45 dəqiqə ərzində səmada olublar.
Azərbaycanın hərbi pilotlarının uçuşu izləyicilərin marağına səbəb olub.
Qeyd edək ki, hərbi təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri də iştirak edir.
Bundan başqa, Malayziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində "Anadolu Qartalı - 2025" beynəlxalq təlimini izləyir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir, narahatlıq doğuran, qonşularımızın narahatlıq doğuran məsələlərinin həllinə yönəlmişdir, o cüm...