Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə XİN-in "X" social şəbəkə hesabında paylaşım edilib.
"Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirib", - paylaşımda bildirilib və həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verilib:
"Bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə şəfa diləyir, bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq".
Oxşar xəbərlər
Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir
Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin 30 illiyi tamamlanır. Bu müddət ərzində qarşılıqlı münasibətlərdə müəyyən dalğalanmaların yaşanmasına bax...